Bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq Avropa mədəniyyəti festivalının - “Avropa Şəhərciyi 2016”-nın proqramı açıqlanıb.
Tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə təşkil olunub.
Qonaqlara fokusçuların çıxışı, rəqs nömrələri, italiyalı aşpazların bacarıqları təqdim olunacaq.
Eyni zamanda, Aİ-yə üzv ölkələrin bayraqlarının düzgün tapılması üzrə müsabiqələr keçiriləcək, Aİ ölkələrindən olan müxtəlif ifaçıların çıxışları səslənəcək.
Tədbir məşhur di-cey David Vendettanın konserti ilə başa çatacaq.
Festivalın keçirilməsinin əsas məqsədi Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaradılmasıdır. 2013-cü ildən etibarən Bakıda hər il bu cür tədbir keçirilir.
report.az