"Akkord" korporasiyasına məxsus 2 müəssisə birləşib
28.9.2016

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus 2 müəsssisə birləşib.
Bu barədə Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, "Akkord Beton" MMC "Qazax Sement Zavodu" MMC-yə qoşulub.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 17,5 manat olan 4,235 mln. səhm əsasında formalaşıb. Səhmlərin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

report.az