Şokolad haqda bilmədikləriniz
31.7.2012

Bir çox insan üçün şokolad kalori dəyəri, orqanizmə təsiri nəzərə alınmadan qəbul edilən, yeyilən zaman insana böyük zövq verən, sonra isə peşmanlıq hissi yaradan bir şirniyyatdır.

Amma GoMap.az portalı ANS PRESS-ə istinadla şokolad sevənlərə bu şirniyyatı yemək üçün səbəbləri təqdim edir:

"Journal of Nutrition"da yayımlanan bir araşdırmaya görə, gündə 10 qram şokolad yemək yaşla bağlı yarana biləcək yaddaş pozğunluğu riskini azaldır. Kakaoda olan polifenol birləşmələr beynə qan dövranını sürətləndirir və yaddaşı gücləndirir.

Tünd şokolad ürək sağlamlığı ilə yanaşı endorfin hormonunu artıraraq özümüzü xoşbəxt hiss etməyimizə kömək edir. Xüsusilə qara şokolad miokard infarkt riskini 39 faiz azaldır.
İtaliyada aparılan araşdırmaya görə, şokolad xüsusilə qadınlarda ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.

Şokolad mislə də zəngindir. Bu isə dəri və saç sağlamlığı üçün vacibdir.

Lakin bu gün mağazalarda alıcılara saysız şokolad növü təklif edilir. Hansını seçməli? Əslində şokoladda kakao səviyyəsi nə qədər çoxdursa onun faydası bir o qədər artır. Alıcılar tərkibində ən azı 50 faiz kakao olan məhsulları seçmək məsləhət görülür.
Bəzən şokoladın tərkibindəki karamel və şəkər əlavələri qatılır ki, bunlarda kakaonun faydasını azalda bilir.