Oktyabrın 1-2-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsi çərçivəsində “Planetimizin ürəyi olan yaşıllıqları qoruyaq” adlı layihə reallaşdırılacaq.
Layihə rəhbəri Kəmalə Rəsullu bildirib ki, layihə çərçivəsində gənclər kağız tullantıların təkrar istifadəsinin əhəmiyyəti barədə seminara qatılacaq, daha sonra könüllü olaraq kağız yığım məntəqələrinin təşkilində iştirak edəcəklər. Layihədə 25 nəfər gəncin iştirakı nəzərdə tutulub.
O bildirib ki, təkrar istifadə olunan hər ton kağız bir neçə ağacın kəsilməsinin qarşısını alır. Məqsəd bunu hər birimizin dərk etməsi və təkrar istifadənin genişlənməsidir.
azertag.az