Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib.
Muzeydən bildirilib ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpoziumun simvolu olan xalça xalçaçı-rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunub.
Mərasimdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, muzeyin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin üzvi Haluk İpek, TürkPA-nın baş katibi Jandos Asanov çıxış ediblər.
Qeyd edək ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpozium iyunun 2-3-də Azərbaycan Xalça Muzeyində keçirilib.
azertag.az