Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib
29.9.2016

Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib.

Muzeydən bildirilib ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpoziumun simvolu olan xalça xalçaçı-rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunub.

Mərasimdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, muzeyin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin üzvi Haluk İpek, TürkPA-nın baş katibi Jandos Asanov çıxış ediblər.

Qeyd edək ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpozium iyunun 2-3-də Azərbaycan Xalça Muzeyində keçirilib.

azertag.az