Türkiyəli diyetoloq Dərya Zünbülcan ət yeməklərindən sonra limon yeməyi tövsiyə edib.
Diyetoloq artıq yağ və duz istehlakının qan təzyiqi və infarkt riskini artırdığını ifadə edib: "Həm artıq çəkinin, həm də ürək sağlamlığını qoruyan iki xüsusi qida var. Bunlardan biri sirkə, digəri isə limondur. Limonun antioksidant və C baxımından zəngindir. Bu faydalı maddələr ətin kanserogen təsirinin azaldır, toksinləri uzaqlaşdırır, yağları yandırır, dəriyə təravət bəxş edir, ən əsası isə bədəni dezinfeksiya edir. Odur ki, çox ət yeyən adamlar ətin orqanizmə verdiyi zərərlərdən qorunmaq üçün hər gün mütəmadi olaraq limon istehlak etməlidir".
Limonun suyunu sıxaraq yeməklərdən sonra içə və ya qabığını rəndələyərək salata əlavə edin. Beləliklə, ət yeməklərinin təzyiq və kanserogen təsiri azalır. Bununla belə, limon suyunun qanı durulaşdırıcı təsirini də unutmaq olmaz. Yaxud təzyiq dərmanı istifadə edirsinizsə, hədsiz limon istifadə etmək olmaz".
Etten sonra limon, tatlıdan sonra sirke tüketin
Diyetoloq artıq çəki problemi ilə səmərəli mübarizə üsulu təklif edib: "Ətin yanına xəmir və plov əvəzinə buxarda bişmiş tərəvəzlər, çox az zeytun yağı əlavə etməklə hazırlanan tərəvəz yeməkləri, daha aşağı kalorili salatlar, yüngül və sağlam menyular hazırlayın".
Zünbülcan şirniyyatların orqanizmə verdiyi zərərlərdən də danışıb. O, diabet, yüksək təzyiq, insulin müqaviməti kimi xəstələrə diqqətli olmağı məsləhət görüb: “Hər hansı şirniyyat qanda şəkərin miqdarını sürətlə yüksəldir. Beləliklə, aclıq və daha çox şirniyyat yemək istəyi yaranır. Bunun qarşısını almağın ən yaxşı yolu şirniyyat miqdarını minimuma endirməkdir. Şirniyyatı minimuma endirdikdən sonra yenə də şirin nə isə yemək istəyirsinizsə, şirniyyatdan sonra sirkə və ya darçınlı süd için. Darçın və süd toxluq hissi verdiyi üçün aclığı aradan qaldırır. Sirkə isə antiqlisemik təsir göstərir və mədə boşalma müddətini uzadır. Beləliklə, şirniyyat yedikdən sonra yaranan sürətli acıma və çox yemə istəyinin qarşısı alınır".
saglamolun.az