Kapital Bank müsabiqə qaliblərini mükafatlandırdı
29.9.2016

Kapital Bank BirKart-ın Facebook səhifəsində “Birincilərin oyunu” adlı müsabiqə keçirib. Müsabiqənin şərtlərinə görə iştirakçılar səhifədəki oyunu oynayaraq, xallar toplayıb, həftənin qalibi olub, qiymətli hədiyyələr qazanıblar.

Bankdan verilən məlumata görə, 4 həftə davam edən müsabiqə ərzində iPhone 6S, Play Station 4, Smart Wheel və Nikon D5200 fotoaparatı sahiblərini tapıb. Ötən gün Kapital Bank-ın baş ofisində qaliblərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, BirKart özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir.

BirKart rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.

BirKart-dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

trend