Bu gün - sentyabrın 29-u bütün dünyada Dünya Ürək Günü kimi qeyd edilir.
Bu məqsədlə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 29-30 sentyabr tarixlərində "Sağlam ürək həftəsi" çərçivəsində keçiriləcək aksiyalar zamanı Dünya Ürək Gününün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vacib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.
Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək.
Konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edəcəklər.
trend