Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının UNESCO Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsinə start verilir.
Fonddan bildiriblər ki, layihə çərçivəsində gənclərə “İctimai davranış qaydaları”, “Yol mədəniyyəti” və “Etiket qaydaları” mövzularında teatr əsaslı təlimlər keçiriləcək, debatlar, qrup işləri, interaktiv müzakirələr, müxtəlif oyunlar və tamaşalar təşkil olunacaq.
Oktyabrın 13-dən 16-dək davam edəcək layihənin məqsədi gənclərə etiket və ictimai davranış qaydalarının təbliği, ictimai məsuliyyət hissinin artırılması, ictimai müzakirələrlə ictimai davranış qaydalarına riayət olunmasına nail olmaq, onları ətraf-aləmə, cəmiyyətə, insanlığa daha diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və əlaqələndirməkdir.
azertag.az