Zəvvarlar ümrə ziyarətinə noyabr ayından sonra gedə biləcəklər.
Bu barədə "Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
O xatırladıb ki, Ümrə ziyarəti Həcc ziyarəti prosesi tamamilə yekunlaşdıqdan sonra həyata keçirilir.
H.Babayevin sözlərinə görə, Azərbaycandan zəvvarların Ümrə ziyarətinə getməsi üçün 10-15 nəfərlik qrupun formalaşması lazımdır: "Azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə bir o qədər də maraq göstərmirlər. Hər ay təqribən 10-15 nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1 500 - 2 000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedirlər. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətin sonunda zəvvarlar hacı adlandırılmır".
report.az