Gəncədən İstanbula yeni aviareys açılıb
1.8.2012

«Türk Hava Yolları» aviaşirkəti İstanbul-Gəncə marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

Aviaşirkətin Bakı ofisindən verilən məlumata görə, Gəncədən İstanbula uçuşlar hər həftənin IV, VI və VII günləri saat 10:00-da yerinə yetirilir: «İyulun 31-də isə saat 18:00-da Gəncə-İstanbul marşrutu üzrə bir əlavə reys yerinə yetirilmişdir».

Gəncə-İstanbul aviareysinə bir biletin minimal qiyməti 89 avro, hər iki istiqamətə isə 169 avro təşkil edir. Sözügedən aviareys bu ilin oktyabr ayınadək yerinə yetiriləcək.

Qeyd edək ki, İstanbul-Gəncə marşrutu üzrə uçuşları həmçinin Türkiyənin «Onur Air» aviaşirkəti yerinə yetirir. «Onur Air» Gəncədən İstanbula həftənin VI və VII günlərindən başqa hər gün saat 08:25-də uçuşlar həyata keçirir.

APA