Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib.
Millət vəkili həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib.
O deyib ki, bu adamların sayı çox deyil: "Yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Onların təhsil haqqından azad edilməsi məsələsinə baxılmalıdır".
trend