Qərb Universitetinin nəzdində “Qərb Bilik Akademiyası” adı altında tədris mərkəzləri fəaliyyətə başlayıb.
Universitetdən verilən məlumata görə, mərkəzdə abituriyent, magistr, xarici dil kursları, dövlət qulluğuna və xaricdə təhsil üzrə hazırlıq təklif edilir.
Dərslər Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən xüsusi təlim keçmiş peşəkar müəllimlər tərəfindən aparılacaq.
Sınaq imtahanlarında yüksək bal toplayanlara güzəşt və mükafatlar, abituriyentlərin xarici ölkələrə qısamüddətli turlarının təşkili nəzərdə tutulur. Abituriyent hazırlıqlarına üzv olan şagirdlərin universitetdə davam edən tədris prosesini müşahidə etmək üçün qatılması və kitabxanadan istifadə etməsi mümkün olacaq.
Qeyd edək ki, ölkənin ilk özəl ali təhsil ocaqlarından biri olan Qərb Universitetinin hazırda 180-dən çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi beş fakültəsində 36 ixtisas üzrə 1000-dən artıq tələbə əyani və “distant” formada bakalavr, magistratura və doktorantura təhsili alır.
report.az