Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider müəllim – lider universitet” layihəsinə başlanılıb.
UNEC-dən bildirilib ki, 2017-ci il iyunun 30-dək davam edəcək layihənin əsas məqsədi müəllimlərin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.
Layihəyə uyğun olaraq pedaqoji heyət arasında “Lider müəllim – innovativ müəllim”, “Lider müəllim – peşəkar müəllim”, “Lider müəllim – tədqiqatçı müəllim”, “Lider müəllim – ixtiraçı müəllim” və digər kriteriyalar üzrə müsabiqə keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək.
azertag.az