“Maarifçi” Tələbə Kredit Fondu ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Fonddan bildiriblər ki, tərəfdaşlığa əsasən qurumun təqdim etdiyi təhsil kreditləri LDU-nun aztəminatlı ailələrdən olan tələbələrinə də şamil olunacaq.
Fond artıq 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
azertag.az