“Media Consulting & Services” şirkəti 2016-cı ilin sentyabr ayında mətbuatda ən çox işıqlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən “Excelsior Hotel & Spa Baku” oteli sentyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Bu barədə oteldən məlumat verilib.
Sentyabr ayında “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı mətbuatda 100 məlumat işıqlanmışdır. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatları say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
“AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, “Əldə etdiyimiz uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndiririk. Sentyabr ayında “Excelsior Hotel & Spa Baku” otelində “The Most Stylish one” tədbiri və PR mütəxəssislər üçün “Böhrandan əvvəl kommuniasiyalar” təlimi keçirilmişdir. Həmçinin, otelin fəaliyyəti, xidmətləri və yenilikləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına böyük önəm veririk”.
“Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.
trend.az