Bu gün Bakıda “Əqli mülkiyyətin hüquqlarının təminatı” mövzusunda regional seminar işinə başlayıb. Seminar Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatı və BMT-nin transsərhəd cinayətləri ilə mübarizə regional ofisinin təşəbbüsü ilə keçirilir.
Seminarda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbir iştirakçılarını salamlayıb. O, seminarda müzakirə olunan əsas məsələnin qaçaqmal və piratçılıq məhsullarına qarşı gömrük orqanlarının rolundan geniş danışıb.
Qeyd edək ki, regional seminarda Azərbaycan gömrük xidməti nümayəndələri ilə birgə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri də iştirak edirlər. Seminarda dünyanın bir çox ölkələrinin tanınmış şirkətlərinin nümayəndələri iştirak edərək, istehsal etdikləri məhsulların qaçaqmala aid olub-olmadığı barədə məlumatlar verəcəklər. Bu məlumatları əldə edərək artıq gömrük orqanları qarşısında hansı vəzifələrin durduğu barədə gömrük mütəxəssisləri çıxış edəcəklər.
Seminar 5 gün ərzində davam edəcək.
apa.az