Tanınmış ifaçı Emin Ağalarov qızlar arasında futbol üzrə Dünya Çempionatının sentyabrın 22-də Bakıda baş tutacaq açılış mərasiminin xüsusi qonağı olacaq.
İfaçının yay qastrollarının kulminasiya nöqtəsi qızlar arasında futbol üzrə Dünya Çempionatının (FIFA U-17 Women’s World Cup) sentyabrın 22-də Bakıda baş tutacaq açılış mərasimində onun dünya şöhrətli müğənni Cenifer Lopezlə birgə xüsusi qonaq qismində çıxış etməsi olacaq.
Qeyd edək ki, bu çıxış öncəsi sentyabrın 3-də Eminin “After the thunder” adlı yeni albomundan ikinci mahnısının – “Walk through walls” təqdimat mərasimi baş tutacaq. Ümid və nikbinlik haqqında olan “Walk through walls” kompozisiyasının həmprodüseri Tim Bran, ərsəyə gətirəni Eş Hous, yazanı isə Bran and Bnann-dır (Infadels). Bu mahnının səsyazması barədə Emin bunları deyir:
“Onlar mənim mahnıma tamamilə yeni tərəfdən baxdılar. Bu sevindiricidir... Mənim çox xoşuma gəldi!”.
Onun “After The Thunder” albomunun relizi dünyanın aparıcı rekord-leyblı EMİN-in dəstəyi ilə Avropa ərazisində, Böyük Britaniyada, Rusiya və MDB ölkələrində baş tutub.
Gün.Az