Azərbaycanda bitki və heyvan növlərinin inventarlaşdırılması aparılacaq və elektron məlumat bazası yaradılacaq.
Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Milli Strategiyaya əsasən, fauna və flora növlərinin inventarlaşdırılması və vahid məlumat bazasının yaradılması 2017-2020-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.
azertag.az