"Nikoil Bank" ASC və "Bakcell" mobil operatorunun birgə layihəsi davam edir. Beynəlxalq pulköçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, "Nikoil Bank" tərəfindən müştəriyə "Bakcell"dən 10-50 dəqiqə danışıq imkanı hədiyyə ediləcək. Müştəri 500-1 000 ş.v. (şərti valyuta) məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1 001-5 000 ş.v. məbləği - 20 dəqiqə, 5 001-10 000 ş.v. məbləği - 30 dəqiqə, 10 001 ş.v. məbləği - 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək. Hazırda "Nikoil Bank"da "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pulköçürmə sistemləri üzrə xidmətlər göstərilir.
"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil.
report.az