“DəmirBank” müştərilərə AZN valyutasında yerləşdirdikləri vəsaitlərdən 17 faizədək faiz gəliri əldə etmək imkanı yaradıb.
Bankdan bildiriblər ki, müştərilər depozitlərini daha uzun müddət saxlamaqla 24 ay üçün 16 faiz, 36 ay üçün isə illik 17 faiz gəlir əldə edə bilərlər.
Həmçinin qısa müddətdə də yüksək gəlir əldə etmək mümkündür. Belə ki, AZN əmanətləri üzrə faiz dərəcəsi 3 ay üçün illik 13 faiz, 6 ay üçün isə illik 14 faiz təşkil edir.
İstənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla bu imkandan yararlana bilər. Faiz gəlirlərini aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə müştərilər üçün banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.
Ətraflı məlumatı bankın “149” Məlumat Mərkəzindən, www.demirbank.az/?/az/ saytından və www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.
azertag.az