Tanınmış vokalist Azərin Türkiyədə Ramazan bayramı münasibəti ilə təşkil olunan mərasimdə səhnəyə çıxıb.
Hatay bölgəsinin Dörtyol qəsəbəsində keçirilən mərasimdə “Çırpınırdı Qara Dəniz”, “Türkiyəm” və digər sevilən mahnılarını səsləndirən Azərinin çıxışı alqışlarla qarşılanıb.
Səhnədə rəngarəng mahnılarını ifa edən Azərin publikadan verilən Suriya ilə bağlı sualları da cavablandırıb:
“Zalımların zülm etmələri heç də yaxşı hal deyil. İnsan məskunlaşdığı yerdən asılı olmayaraq, azad yaşamalıdır. O cümlədən, Suriyadakı müsəlman qardaşlarımız da azad yaşamaq haqqına sahibdirlər.
Azərbaycan və Türkiyə bu günə qədər hər zaman çiyin-çiyinə dayanıblar. Təbii ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olacaq”.
big.az