“Azercell” “Hədsiz” tarif paketində yenilik edib
5.10.2016

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin “Hədsiz” tarif planının abunəçiləri oktyabrın 4-dən etibarən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlanacaqlar.

Şirkətdən bildirilib ki, tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1,30 manat, hər 1MB mobil internet uçün isə cəmi 3 manat ödəyəcəklər.

“Azercell”in bu enidirmi rouminqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.
Xatırladaq ki, şirkət 2014-cü ildən etibarən “Fakturalı Xətt” abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. Sözügedən tarif paketinə qoşulmaqla "Azercell" müştəriləri aylıq 49,90 manat abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilirlər.

report.az