Oktyabrın 10-dan 14-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.
Bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Nizami Kino Mərkəzində keçiriləcək Kino Günləri Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə açılacaq.
Kino Günləri çərçivəsində 11 oktyabrda rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabrda İndar Djendubayevin “O, drakondur”, 13 oktyabrda İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabrda isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.
Filmlər saat 19:00-da təqdim olunacaq. Nümayişlərə giriş sərbəstdir.
apa.az