“Qəbələ” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, son illər Bolqarıstanın “Çernomorets” klubunda top qovan braziliyalı yarımmüdafiəçi Lorival Rodriges Assis karyerasını Qəbələdə davam etdirəcək. 28 yaşlı legionerlə 3 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına Braziliyada “İrati” klubunda start verən Assis sonra ölkəsində “Qremio Barueri”, “Sertaozinyo”, “Sao Seatano”, CRB, “Avai”, “Amerika”, “Botofoqo” kimi komandalarda oynayıb. Yarımmüdafiəçi Bolqarıstana keçidinə qədər 2009-cu ildə İsveçin “Kalmar” klubunda legioner həyatı yaşayıb.
Assis ötən mövsümü keçirdiyi Burqas təmsilçisində 25 oyunda 10 qol vurub.
APA