Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Quba rayonunda “Təmiz ekologiya – sağlam gələcək!” layihəsi icra olunur. Layihənin rəhbəri Yusif Musayev bildirib ki, əsas məqsəd ekoloji problemlərin həlli istiqamətində aparılan işlərə yeniyetmə və gənclər tərəfindən daha çox iştirakçıların cəlb edilməsidir.
Layihə çərçivəsində ilk tədbir Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunub. Şagirdlərə ətraf mühitin mühafizəsi, ətraf mühitin çirklənməsinə səbəb olan elementlər və mənbələr barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılıb.
azertag.az