Samsunda Azərbaycan Xalq Konserti təşkil olunub
1.8.2012

Türkiyənin Samsun bölgəsinə qastrola gələn Azərbaycan sənəçiləri geniş proqramla çıxış ediblər.

Samsunun Havza Bələdiyyəsinin təşkil etdiyi konsertdə Azərbaycanın xalq musiqisi və ilahilər səsləndirilib.

Məlumata görə, sözügedən konsert Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq baş tutub.

Qeyd olunur ki, Azərbaycandan gəlmiş truppa Türkiyənin Qara dəniz bölgəsinin daha bir neçə şəhərində çıxış edəcək.


Gün.Az