Unutqanlığın qarşısını bu cür alın
5.10.2016

Gərgin və stressli həyat nəticəsində meydana gələn unutqanlığın ciddi narahatlıqlara çevrilməməsi üçün yaddaşın gücləndirilməsi lazımdır.
Son illər ərzində "bu aralar yaman unutqan olmuşam " və ya "unutdum" kəlmələrinə daha çox rast gəlinir. Xüsusilə gərgin və stressli həyatı olanlar, bir neçə işi birgə reallaşdırmağa çalışanlar gün ərzində bir sıra məsələlərdə unutqanlığa varırlar. Ancaq işləri nizamlı şəkildə reallaşdıra və irəlidə demans (50 yaşdan sonra meydana gələn beynin bilgi, davranış və gündəlik həyat fəaliyyətində çatışmazlıqla bağlı xəstəlik) kimi ciddi narahatlıqlarla qarşılaşmamaq üçün yaddaşı gücləndirmək lazımdır .
Nevrologiya mütəxəssisi doktor Emel Bilgin uşaqların, gənclərin, hətta yaşlıların belə hafizələrini qüvvətləndirilməsinin mümkünlüyünü söyləyib. “Stresli və gərgin keçən günlərdə bir sıra məsələlər unudula və gözdən qaça bilər. İnsanlar, ümumiyyətlə qapını kilidləyib kilidləmədiyini, qaz sobasını söndürüb söndürmədiyini, lazımi görüş vaxtlarını unuda bilirlər. Tiroid xəstəliyi və B12 vitamin çatışmazlığı nəticəsində unutqanlıq şikayətləri ortaya çıxır. Ancaq unutqanlığın qarşısını almaq üçün bir sıra tədbirlər görmək olar”, - deyə həkim bildirib.
Bir çox araşdırma zamanı siqaretin yaddaş və ümumi təfəkkür prosesində zəifləməyə səbəb olduğu bildirilir. Siqaret istifadəsi eyni zamanda ağciyər narahatlıqlarından, ürək damar xəstəliklərinə qədər bir çox xəstəliyə də səbəb olur. Buna görə də siqareti tərgitmək və siqaret çəkilən mühitlərdən uzaq durmaq lazımdır. Əgər qidalanmağınızı da azaltsanız, beynin gücündə də azalma olar. Ac və ya həddindən artıq yorğun olanda özünüzu narahat hiss edərsiniz. Bunu nəzərə alaraq, sağlam və doyumlu şəkildə qidalanmağa diqqət ayrılmalıdır. İntensiv məşq sağlam həyatın formalaşmasında iştirak edir. Bunun səbəbi isə məşq əsnasında beyinə gedən oksigenin miqdarındakı artımdır. Həmçinin məşq əsnasında ifraz olunan hormonlar yeni beyin hüceyrələrinin yaradılmasını da təmin edir.
Araşdırmalar musiqi təhsili alan 6-8 yaş arası uşaqların IQ-sinin (beynin zehni hərəkəti) həmyaşıdlarına nisbətən 2-3 dəfə yüksək olduğunu göstərir. Ayrıca nizamlı olaraq klassik musiqi dinləyən insanlar, digər növ musiqi dinləyənlərə nisbətdə yaddaş testləri edərkən daha müvəffəqiyyətli olublar. Stressin sağlamlığa bir sıra mənfi təsirləri var. Araşdırmalar nəticəsində stresli hadisələrin yaddaşı yüklədiyi də müşahidə olunub .
Beyin inkişafına kömək etmək üçün zehninizi inkişaf etdirin. Beyin məşqi üçün edə biləcəyiniz bir çox şeylər var. İctimai həyatdan uzaqlaşmamaq, tapmacalar həll etmək, şahmat oynamaq və kitab oxumaq zehni inkişaf etdirən amillərdən sayılır. Əlavə bir dil öyrənmək və ya yeni bir hobbi müəyyənləşdirmək də faydalıdır. Zehnin inkişafını artırmaq üçün edilən bu tədbirlərin nizamlı olması daha fayda vericidir.

saglamolun.az