Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verilir ki, oktyabrın 6-da paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26 dərəcə, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.
report.az