Oktyabrın 7-də Bakı Uşaq Teatrı “Günahsız Günahkarlar” tamaşası ilə çıxış edəcək.
Teatrdan bildirilib ki, insan alverinə qarşı mübarizədən bəhs edən tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub.
Xatırladaq ki, Bakı Uşaq Teatrı maarifləndirici tamaşaların hazırlanmasında çoxillik təcrübəyə malikdir. Səhnə əsərində aktyorlar Könül Şahbazova, İlhamə Əhmədova, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Vüsalə Bəşirova, Xəyalə Meydanova, Şahin Kazımov, Ruslan Hüseynov, Türkan Şahmarlı, Günay Pirizadə iştirak edəcəklər.
Qeyd edək ki, tamaşa Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında baş tutacaq.
azertag.az