Oktyabrın 5-də Niyazinin mənzil-muzeyində Xalq Artisti Munis Şərifovla görüş olub.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə M.Şərifovun həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, M.Şərifov Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olan sənətkardır. O, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısıdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın musiqimizin inkişafında rolu və uğurları barədə ətraflı məlumat verib.
Daha sonra tədbir M.Şərifovun solo çıxışı ilə davam edib.
Konsertdə muğam ifaçıları sənətkarın müşayiəti ilə muğamlardan parçalar səsləndiriblər.
Tədbirdə M.Şərifovun beynəlxalq festivallardakı çıxışlarından videofroqmentlər təqdim olunub.
azertag.az