Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən 2 min 365 nəfər müəllim adını qazınıb
6.10.2016

Oktyabrın 6-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Konfransda bildirilib ki, bu tədris ilində ilk peşə - ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib.

Müvafiq layihə çərçivəsində 4 min 286 nəfər ilk peşə ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qeyd olunub ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən ümumilikdə 2 min 365 nəfər müəllim adını qazınıb.

azertag.az