Ukraynanın Truskoves şəhərinin meri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub
6.10.2016

Ukraynanın Truskoves şəhərinin meri Andrey Kulçinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub.

Fondun sədri Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 24 ildən çox təcrübəyə malik olduğunu bildirib və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu merin diqqətinə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Qonaq, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit” MMC-nin fəaliyyəti ilə yaxından tanış olub. Tərəflər bu görüşün əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd ediblər.

azertag.az