Cambridge Education Group azərbaycanlı tələbələrə 2012-2013`cü tədris ili üçün Təqaüd Proqramları elan edir.
Təqaüdlər bakalavr və magistratura pillələri üzrə hazırlıq proqramlarını (foundation) əhatə edir.
Amsterdam universitetində hazırlıq proqramları üzrə verilən 20% lik təqaüd sonradan universitetdə birbaşa ali təhsilə başlamaq imkanı yaradır.
Bundan əlavə CEG Boston Mərkəzindəki tədris olunan hazırlıq proqramlarına da 50% lik təqaüd verir ki nəticədə proqramı müvəffəqiyyətlə bitirən tələbələr Amerika universitetlərində oxumaq imkanı əldə edirlər. Bununla bağlı avqustun 10-da keçirilən təqdimatda İngiltərənin Queen Marry, Goldsmiths, Royal Holloway, Royal Veterinary College, Birkbeck universitetləri ilə bağlı onları maraqlandıran suallara cavab almaq mümkün olacaq.
Gün.Az