Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin ödənişi prosedurunu sadələşdirir
6.10.2016

Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə kredit siyasəti və strategiyasını nəzərdə tutur.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.

O qeyd edib ki, hazırda mikromaliyyə təşkilatlarının kredit portfeli 485,16 milyon dollar təşkil edir.

S.Kələşovun sözlərinə görə, Assosiasiyanın tərkibinə 21 bank olmayan kredit təşkilatı, 10 bank və bəzi lizinq şirkəti daxildir: "Təkcə bank olmayan kredit təşkilatlarının 207-210 milyon manat həcmində kredit portfeli var. Onların müştəri bazası 370 min nəfərə çatır".

trend.az