Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə kredit siyasəti və strategiyasını nəzərdə tutur.
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.
O qeyd edib ki, hazırda mikromaliyyə təşkilatlarının kredit portfeli 485,16 milyon dollar təşkil edir.
S.Kələşovun sözlərinə görə, Assosiasiyanın tərkibinə 21 bank olmayan kredit təşkilatı, 10 bank və bəzi lizinq şirkəti daxildir: "Təkcə bank olmayan kredit təşkilatlarının 207-210 milyon manat həcmində kredit portfeli var. Onların müştəri bazası 370 min nəfərə çatır".
trend.az