Nizami Kino Mərkəzində Belçika, Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan “Miss Pereqrinin qəribə uşaqlar evi” filminin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Ceyn Qoldmanın ssenarisi əsasında rejissor Tim Bertonun çəkdiyi bu film fentezi və macəra janrındadır.
Ceykobun uşaqlığı babasının, qeyri adi sakinləri olan uşaq evindən danışdığı xatirələri dinləməklə keçib. Sakinlər arasında əlində alov saxlayan və ayaqları yerə dəyməyən qızlar, bir-birilərini danışmadan başa düşən görünməyən oğlan və əkizlər var idi. Babasının ölümündən sonra müəmmalı məktub alan 16 yaşlı Ceykob onun böyüyüb başa çatdığı adaya yollanır. O adada əvvəllər ancaq şəkillərdə gördüyü uşaqları tapır...
Filmdə Eva Qrin, Eysa Batterfild, Semuel L.Cekson, Cudi Denç, Rupert Everett, Ellison Cenni, Kris O.Daud, Terens Stemp, Ella Pernell və Finley MakkMillan çəkilib.
azertag.az