Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə reallaşdırılan “Tolerant Azərbaycan” layihəsinin icrası başa çatıb.
ATGTİ-dən bildiriblər ki, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dostluq, qardaşlıq əlaqələrini və ortaq mədəniyyətlərini gənclərin gözü ilə ictimaiyyətə çatdırmaq, gənclərimizi xalqımızın zəngin multikulturalizm ənənələri ilə tanış etməkdir.
Layihəyə xalqımızın multikultural ənənələrini və ölkəmizdəki tolerantlıq mühitini rəsm əsərlərində əks etdirən gənc rəssamlar qatılıblar. Layihə çərçivəsində hazırlanan əsərlər sərgidə nümayiş olunub.
Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Könül Süleymanova görülən işlər barədə məlumat verib.
Sonda layihənin qalibi elan olunan üç ən yaxşı əsərin müəllifi təltif edilib.
azertag.az