Məşhur pop ulduzu Şakira “İlin adamı” elan olundu
27.9.2011

Məşhur pop ulduzu Şakira hər il keçirilən musiqi premiyası olan Latin Grammy 2011-də “İlin adamı” elan olunmuşdur. Müğənni noyabrın 9-da Las- Vegasda fəxri mükafatla təltif olunacaq. Belə ki, bu mükafat Latın Amerikası səsyazma akademiyası tərəfindən ABŞ-da 1997-ci ildə təsis edilmişdir. Qeyd edək ki, Şakira müsabiqədə 3 nominasiya üzrə çıxış edirdi: ən yaxşı pop vokalçı qadın albomu (Sale el Sol), ilin albomu (Sale el Sol), ən yaxşı musiqi klipi (Loka).