Oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İohann Ştrausun “Düyməcik” baleti nümayiş olunacaq.
Uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova, quruluşçu-rəssamı isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Səhnə əsərində teatrın balet truppasının aktyorları çıxış edəcəklər.
azertag.az