Oktyabrın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yuri Polyakovun “Xalam bundu” komediyasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda təqdim ediləcək. Tamaşanın dekorasiya rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur.
Baş rolları Xalq artistləri Məbud Məhərrəmov, Aleksandra Nikuşina, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Fuad Osmanov, Mələk Abbaszadə, Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Tamilla Abutalıbova, Oleq Əmirbəyov və başqaları ifa edəcək.
azertag.az