Mer Mişel Qurənşa: Konyak şəhərində Məhsəti Gəncəvinin heykəlinin ucaldılması tarixi hadisədir
10.10.2016

Fransanın Konyak şəhərində görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin heykəlinin ucaldılması tarixi hadisədir.

Bu fikri Konyak şəhərinin meri Mişel Qurənşa bildirib. Mer bu hadisənin Konyakda “Azərbaycan günləri”nin keçirilməsinin bəhrəsi olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təbliğində böyük rolu olduğunu vurğulayan Mişel Qurənşa deyib: “Ümid edirik ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə Konyak şəhərinə səfər edəcək. Bu, bizim üçün mühüm səfər olacaq”.

Mişel Qurənşa Məhsəti Gəncəvinin heykəlinin ucaldıldığı parkın artıq Azərbaycanın kiçik bir hissəsi olduğunu diqqətə çatdırıb.

azertag.az