Oktyabrın 14-də İstiqlal Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi tərəfindən hazırlanan dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçiriləcək.
Muzeydən bildirilib ki, sərgidə akademiyanın tələbələrinin əsərləri nümayiş olunacaq.
Tədbirdə muzeyin direktoru Fəridə Şəms, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Xalq Rəssamı Fuad Salayevin və başqalarının çıxışı nəzərdə tutulub.
azertag.az