Bakıda polyak filmləri nümayiş olunacaq
10.10.2016

Oktyabrın 13-də Bakıda “Visla” film festivalı çərçivəsində altı polyak filmi nümayiş olunacaq.

“Ladnmark Cinema”da nümayiş olunacaq filmləri paytaxt sakinləri ilə yanaşı, əcnəbi qonaqlar da izləyə biləcək. Festival çərçivəsində “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” adlı ekran əsərləri təqdim ediləcək.

Oktyabrın 19-dək davam edəcək film nümayişləri “Dəstəkləyirəm” Fondunun yardımı ilə baş tutacaq.

azertag.az