Gəncə Regional Qadın Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər üçün vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirlərə start verib.
Layihənin əsas məqsədi nəzəri və praktiki fəaliyyətlərin birləşdirilməsi ilə gənc nəsildə vətənpərvərlik hissini daha da yüksəltmək, tədrisdə bu sahədə yeniliklər tətbiq etməkdir.
Layihə Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarında həyata keçirilir. Adı çəkilən layihə çərçivəsində Şəmkir rayonunda “Vətənpərvərlik Klubu” təşkil edilib. Klubun əsas məqsədi gənclərin məlumatlılığını daha da artırmaq və onların iştirakı ilə hədəf rayonlarda təbliğat işini genişləndirmək, gənclərdə vətənpərvərlik hissini daha da gücləndirmək və onları təbliğatçıya çevirməkdir. Şəhid qızı Mətanət İbrahimli “Vətənpərvərlik Klubu”nun sədri seçilib. Layihənin keçirilməsində Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfdaş kimi çıxış edir. Klub artıq fəaliyyətə başlayıb və ilk tədbirlərə start verib.
azertag.az