Qoç - Bu gün qoçlar üçün yeni ideyalarla bol olacaq. Sadəcə, bir az yaradıcılıq qabiliyyəti və səbr lazımdır. Sonuncu ilə bir az problem çıxa bilər. Ona görə də səbrli olmağa çalışın. Yaxşı olar ki, yanınızda elə bir insan olsun ki, sizin fikirlərinizin dağılmasına imkan verməsin.
Ola bilsin ki, elə bir xəbər alasız ki, bu sizin həyatınıza təsir etsin. Bəzi qoçların gələcək planları dəyişə bilər. Bu bürcdən olanlar əlavə israfçılıq etməyərək, pullarına qənaət edəcəklər.
Buğa - Gün elə də pis keçmir, amma bir problem ola bilər ki, siz öz bacarıqlarınıza inanmırsız və onları qiymətləndirmirsiz. Buğalar elə bir işdən yapışırlar ki, bu iş onlara görə deyil, qədərini bilmədən sağa-sola pul xərcləyirlər və özlərinə kiçik də olsa, düşmən qazanırlar. Əgər ciddi problemlərlə üzləşmək istəmirsinizsə, bütün işlərə ciddi yanaşın.
Bu gün evdə və ofisdə səliqə salmağın vaxtıdır. Evdə məişət işləri ilə məşğul olacaqsınız. Çalışın qohumlarla mübahisə etməyin. Çünki, ciddi bir mübahisə olsa, sonra barışmaq çətin olacaq.
Əkizlər - Gün əkizlər üçün böyük uğurlar vəd etmir. Sizin qarşınızda böyük çətinliklər var ki, siz bunları həll etməlisiz və özünüzə böyük yerlərdən diqqəti cəlb etməlisiz. Hansı insanlara ki, vaxtında çoxlu kömək etmisiz, onlar bunun qarşılığında sizə heç bir kömək etməyəcəklər. İş mühitində irəliyə getmək üçün danışıqlar heç bir səmərə vermir və bu da sonda ciddi mübahisələrə gətirib çıxarır.
Siz bu saat ancaq sevgi macərasına qoşulmaq istəyirsiz və özünüzə əks cinsin nümayəndəsini axtarırsınız. Bunun üçün siz gün ərzində maraqlı kampaniyalarda olmalısınız.
Xərçəng - Bu gün xərçənglərin çoxlu işləri olacaq. Bu gün həm istirahət, həm də bayram keçidə biləcəksiniz. Ancaq günü yola vermək kimi bir şansınız olmayacaq. Siz həmişə əsas işləri ikinci dərəcəli işlərdən seçə bilmirsiz. Ona görə də həmişə nə iləsə başınızı qatırsız. Hər dəfə kiminsə problemlərini həll etməyə çalışırsız. Amma sizin diqqətinizə ehtiyacı olan insan bu nəvazişi sizdən gözləsə də, ala bilmir. Öz yaxınlarınız ilə vaxt keçirmək üçün imkan tapın. Hətta başqalarına imtina etməkdisə də, bunu edin.
Öz sağlamlığınıza fikir verin. Həyati potensialınız azalmağa doğru gedir. Hər şeydə diqqətli olun!
Şir - Heç nədən qorxmayın. Bu günün həyəcanı, sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu göstərəcək. Əgər siz qarşınıza məqsəd qoysaz, hər bir çətinliyin öhdəliyindən gələcəksiz. Problemlərin həlli üçün yeni yollar axtarmalısınız və gələcək üçün planlar qurmalısınız. Tənbəl şirlər ancaq aza qane olanlardır, amma gözəl vaxt keçirəcəklər.
Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni imic və formada görəcəksiniz.
Qız - Gün pis başlayır. Siz tez və çətinliyi olmayan işləri görməkdə acizlik hiss edəcəksiz və o işlərin qarşısında məğlub duruma düşəcəksiz. Sizin uğursuzluğunuz əlbəttə ki, əhvalınıza təsir edəcək. Vəziyyət yeni müttəfiqlərin yaranması ilə düzələcək. Onların bu işə əl qoyması sizə xeyli dəstək olacaq.
Günün emosional fonu sabit olmayacaq. Siz çox qızğın və əsəbi olacaqsız. Sizin mənfi enerjinizin qurbanı ətrafınızdakı yaxın adamlarınıza təsir edəcək. Sizin əhvalınız köhnə dostlar ilə söhbət zamanı yaxşılaşacaq. Onlar sizə cansıxıcı olmayan və maraqlı bir yerə getməyi təklif edəcəklər.
Tərəzi - Əgər siz özünüzə güzəşt etməsəz, hər şeyə nail olacaqsız. Bu, o günlərdəndir ki, əziyyət çəksəniz işlərinizin nəticəsini görəcəksiniz. Ona görə də siz əgər nəyəsə nail olmaq istəyirsizsə ancaq və ancaq çalışın, vuruşun, işləyin. Kiminsə sizin işlərinizi görəcəyinə isə heç ümid etməyin. Maraqlı təkliflər gələcək. Amma onlarda da asan qələbə olmayacaq.
Ailədə sizi dəstəkləyirlər. Əgər siz bütün fikrinizi və vaxtınızı işə yönəltsəniz, sizə yaxın olan insanlar sizi başa düşəcəklər. Həyati potensialınız böyükdür.
Əqrəb - Əqrəblər öz işlərində çətin vəziyyətə düşəcəklər. Bir yandan sizə çox gözəl bir iş təklif edirlər, digər yandan həmin işdə sizin elə bir kiçik səhvinizi tutub, söhbəti elə uzadırlar ki, siz artıq bu işə girdiyinizə görə peşman olmağa başlayırsız. Sizin işlərin öhdəsindən gəlmək üçün xüsusi metodlarınız var. Ancaq bu ətrafdakıların xoşuna gəlmir. Hətta bu metodun effekti güclü olsada. Maliyyə itkiləri də ola bilər.
Sizə yaxın insanlar sizi məsuliyyətsizlikdə günahlandıracaqlar.
Oxatan - İrəliyə doğru istədiyiniz kimi hərəkət etmək alınmır. Siz bu gün nəinki öz yerinizdə qalacaqsız, hətta arxaya getmək kimi bir təhlükə ilə qarşı-qarşıya duracaqsız. İşin ən pis tərəfi odur ki, sizin zəif cəhətləriniz hər kəsə məlum olur. Elə insanlar tapılacaq ki, qərara alacaqlar ki, sizin kimi birisi artıq onlara lazım deyil. Digər bir tərəfdən sizin əvvəlki uğurlarınızı yadda saxlayanlar da var. Ola bilər ki, elə bir insan tapılsın ki, sizin professionallığınıza görə iş təklif etsin.
Yaxınlarınızı başa düşməkdə çətinlik çəkirsiz. Ancaq uşaqları bir sözdən anlaya bilirsiz. Piyada gəzməniz və hər şeyi unutmanız məsləhətdir.
Oğlaq - Bu gün uğur qazanmaq üçün nə özünüz tələsməlisiniz, nə də digərlərini tələsdirməlisiniz. Hadisələr çox gec cərəyan edir, ancaq bu, sizə sərf edir. Siz bütün səhvləri düzəldə bilirsiniz. Artıq başınıza gələn hadisələrdən nəticə çıxarırsınız.
Dostluq münasibətləri üçün çox əlverişli gündür. Ancaq sevgi münasibətlərində diqqətli olmağınız məsləhətdir. Ətrafdakı insanlar sizi səhv başa düşə bilərlər. Ehtiyatlı olun!
Dolça - Dolçalar üçün pis gün olmayacaq. Bəzi çətinliklərə baxmayaraq siz bunların öhdəsindən gəlirsiniz. Siz öz zəif cəhətlərinizi də bilirsiniz. Gələcəyinizə dair məsələlərdə diqqətli olmağınız sizə hər bir vəziyyətdən çıxış yolunu tapmağa kömək edəcək. Özünüzdən çox şey tələb etməyin. Ətrafdakıların böyük ümidlərini doğrultmağa çox çalışmayın.
Yaradıcı işlərlə məşğul olmaq olar. Musiqi ilə məşğul olmağınız izə əlavə ruh bağışlayacaq. Bəzi maliyyə problemləri ola bilər, amma siz bunun öhdəsindən gələcəksiniz.
Balıqlar - Siz qarşınıza qoyulan məqsədlər üçün çalışırsınız və bir şeyi görmürsünüz ki, sizin etdiyiniz bütün hərəkətlər ətrafdakı insanlara təsir edir. Maraqlı professional təkliflər gələ bilər, ancaq siz bir şeyi bilməlisiz ki, məsuliyyətli işlərdə etdiyiniz hər bir səhvdən sizin iş yoldaşlarınız sizə qarşı istifadə edə bilərlər. Bəzi cəzbedici təkliflər gəlsə də, siz hər adama çox inanmırsız və tələsik qərar qəbul etmirsiz.
Şəxsi həyatda yeniliklər ola bilər. Ancaq köhnə münasibətləri yerinə qoymadan yenisinə keçməyiniz düzgün deyil. Sevən balıqlar öz sevdiklərinə çox da vaxt ayıra bilmirlər, bu da təbii ki, mübahisələrə gətirib çıxarır.
Milli.Az