"Current Biology"yə istinadən verilən məlumata görə, ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar nəticəsində fantastik nəticə əldə olunub.
Eksperiment zamanı könüllülərə kinolent fraqmentləri, treyler və s. - bir sözlə, "YouTube"dakı müxtəlif videoçarxlar göstərilib. Maqnit-rezonans tomoqrafı bu zaman könüllülərin beyinlərindəki "görüntü qılaf"ının müxtəlif hissələrində hüceyrələrin fəallığını qeydə alıb.
Həmin informasiya əsasında alimlər baxılmış kadrları rəng və dinamikada rekonstruksiya ediblər.
Bərpa edilmiş görüntü obrazlarının keyfiyyəti kiməsə aşağı səviyyəli görünə bilər. Amma bu, ilk eksperimentlər zamanı əldə edilmiş görüntülərlə müqayisədə dəfələrlə üstün səviyyədədir.
"Bu minvalla şüurumuzdakı "kino"ya pəncərəni açdıq", - eksperimentin rəhbərlərindən biri Cek Qallant deyib.
Gələcəkdə belə texnologiya həkimlərə ekranda pasiyentlərin yuxu, qarabasma və xoflanmalarını müşahidə etməyə, pullu adamlara isə yuxularını "Youtube"da yerləşdirməyə imkan verəcək.
http://www.youtube.com/watch?v=nsjDnYxJ0bo&feature=player_embedded