Bakıda ilk dəfə "Visla" festivalı keçiriləcək
10.10.2016

Bakıda “Visla”- polyak filmərinin xülasəsi adlı festival keçiriləcək.
Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festival oktyabrın 13-də başlayacaq və 19-dək davam edəcək.
Məlumata görə, tədbir çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Bunlar “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi”dir.
Filmlər "The Ladnmark Cinema"da hər gün saat 19.00-da nümayiş etdiriləcək (oktyabrın 17-si istisna olmaqla).
Giriş pulsuz və sərbəstdir.
Qeyd edək ki, "Visla" festivalı Azərbaycanda ilk dəfə keçirilir.

report.az