Azərbaycan, Qazaxıstan və Gürcüstan Beynəlxalq Assosiasiya yaradıblar
10.10.2016

Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yol administrasiyaları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) Beynəlxalq Assosiasiyasının təsis edilməsi barədə müqavilə imzalayıblar.

Assosiasiyanın ofisi Astanada yerləşəcək.

Onun fəaliyyəti tranzit və xarici ticarət yüklərinin cəlb edilməsinə, TMTM marşrutu üzrə inteqrasiya edilmiş logistik məhsulların inkişafına istiqamətlənəcək.

trend.az